- İşin içi
- 16:09
- 1 330
Yanvarda Azərbaycan 2 milyard kubmetrdən çox qaz ixrac edib
Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyard 291 milyon 731,80 min kubmetr həcmində təbii qaz ixrac edib.
Aznews.az xəbər verir ki, Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 687 milyon 506,13 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü il ilə müqayisədə 2 %, dəyəri isə 21 % azdır.
Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,75 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.