- Köhnə - Cəmiyyət
- 2 Noyabr 2013 10:59
- 2 430
Sabah gəzməli hava olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-12, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
AzNews.az