- Köhnə - Cəmiyyət
- 5 Noyabr 2013 16:33
- 8 098
Zaqatala ilə “Haqq-hesab”
Prezident İlham Əliyevin son illərdə Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.
Sərəncama əsasən Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Zaqatala Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Digər bir sərəncamla isə 16 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb.
Qeyd edək ki, 121 394 nəfər əhalisi olan Zaqatala rayonu 1 şəhər, 2 qəsəbə, 59 kənddən ibarətdir. Zaqatala şəhərinin əhalisi 20 mindən artıqdır.
AzNews.az