Fikrət Qoca: “Müraciətimizə hələ cavab verilməyib”


"Şair Adil Mirseyidlə bağlı dövlət qurumuna göndərilən müraciət məktubuna hələ cavab gəlməyib".


Bunu AzNews.az-a Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib. Şair vurğulayıb ki, hazırda bütün birlik həmin məktubun müsbət həll olunmasına ümid edir: "Gözləyirik. İnşallah yaxşı olar. Bunun üçün dua edirik".

Xatırladaq ki, A.Mirseyid qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir. Onun müalicəsinə yardım edilməsi üçün Anar hələlik adı açıqlanmayan quruma rəsmi müraciət ünvanlayıb.

Bahar Rüstəmli
AzNews.az