- Köhnə - Cəmiyyət
- 23 Dekabr 2013 12:18
- 1 395
“Azərbaycanda yoxsulluq 8 dəfə azalıb”- Yaqub Eyyubov

APA-nın məlumatına görə, bunu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bu gün Bakıda keçirilən "Azərbaycan 2013-2018: yeni hədəflərə doğru" adlı konfransda deyib.
O qeyd edib ki, son 10 ildə yoxsulluq 8 dəfə azalıb, 1,2 milyon yeni iş yeri açılıb: "Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanın payına düşür. Bu gün Azərbaycanın 150-dən çox xarici ölkə ilə iqtisadi-ticari əlaqələri var".
Y. Eyyubovun sözlərinə görə, Azərbaycan bu gün iqtisadi, sosial və digər sahələrdə ciddi uğurlar qazanıb və dünyada etibarlı tərəfdaş kimi qəbul olunub: "Regionda bütün məsələlərin həllində əsas iştirakçı Azərbaycandır. Ölkəmizdə mühüm beynəlxalq tədbirlər keçirilir, gələcəkdə də keçiriləcək. Bunlardan ən mühümlərindən də biri I Avropa Oyunlarıdır".
AzNews.az