Vəfat edən Qarabağ əlili ilə bağlı Prezidentə müraciət edildi

Özünü yandıran Zaur Həsənovun ölüm xəbərinə toplaşan Qarabağ qazilərini özündə birləşdirən müxtəlif təşkilatların rəhbərləri mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət ediblər.
Onlar xahiş ediblər ki, Zaur Həsənovun şəhid kimi dəfn olunması üçün ölkə başçısı göstəriş versin.

Onlar həmçinin, vətəndaşlarını bu hadisəni siyasiləşdirməməyə və provokasiyalardan yayınmağa çağırıblar. Bildiriblər ki, bu məsələdə səbirli davranmaq lazımdır: "Çünki bu məsələ artıq dövlət başçısının nəzarətindədir".

_______________________________________

***

Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov vəfat edib. Bu barədə məlumat AzNews.az-a mərhumun müalicə olunduğu 5 saylı şəhər xəstəxanadan daxil olub. Məlumata görə, o təxminən yarım saat öncə dünyasını dəyişib.
Xəstəxanadan bildiriblər ki, yaxın dəqiqələrdə mərhumun meydi morqa aparılacaq.

Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında komaya düşmüşdü. (22: 27)

***

AzNews.az-ın xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, artıq mərhumun cənazəsi Göy Məscidə yumağa aparıblar.
Xəstəxananın baş həkimi 5 saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov tibb müəssisəsinin qarşısına toplaşan insanlara bildirib ki, Z. Həsənov saat 22.25-də dünyasını dəyişib: Qarabağ qazisinin ölünmü ilə bağlı məlumat verib. O bildirib ki, həkimlərin səyinə baxmayaraq, xəstəni komadan ayıltmaq mümkün olmayıb.

Əlavə məlumat verəcəyik. (22:56)

***

AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, Göy Məscidin qarşısında 100-dən artıq insan toplaşıb. Onlar arasında müxtəlif ictimai təşkilatların rəhbərləri və Mətbuat Şurasının bir neçə üzvü var.

Mərhumun yaxınlarının əməkdaşımıza verdiyi məlumata görə, mərhum sabah Bibiheybət qəsəbəsinin qəbristanlığında dəfn olunacaq. (23:14)

***
Zaur Həsənovun cənazəsi məsciddən evinə aparılır. əməkdaşımız xəbər verir ki, onun evi Qaradağ rayonu Lökbatan qəsəbəsindədir.
Mərhumun dəfni sabah saat 14:30-a planlaşdırılıb.
O, Bibihetbət qəbiristanlığında dəfn olunacaq.


Məhəmməd