Millət vəkili: “100 milyonlarla vəsait itirilir”

"Əmək müqaviləsi bağlamayan insanlar gələcəkdə ciddi problemlərlə üzləşəcək".


Bunu Milli Məclisin İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu gün keçirilən üçüncü Vergi Forumunda çıxışında deyib. O bildirib ki, əməklə çalışan insanların fəaliyyəti leqallaşmalıdır.

Sahibkarlar bu işdə ilk öncə daha diqqətli olmalıdır. İnsanlar işlədikləri yerlərdə əmək müqaviləsi ilə təmin olunmalıdırlar. Çünki hər bir Azərbaycan vətəndaşının sosial təminatı dövlətin öhdəliyindədir.

Gələcəkdə hər hansı bir insan əmək müqaviləsi bağlamasa, bu öhdəliklərlə bağlı müxtəlif problemlərlə üzləşə bilər. Digər tərəfdən hazırda Azərbaycanda iş yerlərində əmək müqavilələrinin bağlanmaması səbəbindən dövlət büdcəsi 100 milyonlarla vəsait itirilir.

Bu da əlbəttə ki, yaxşı bir hal deyil. Bunun üçün bir sıra hüququ aktlar, sənədlər tərtib olunub. Eyni zamanda sahibkarlar da bununla bağlı ciddi məsuliyyət daşıyırlar. Hesab edirəm ki, hər iki tərəf bu işdə diqqətli olmalı və gələcəkdə bu cür hallarla üzləşməmək üçün ölkə qanunlarına hörmətlə yanaşmalıdırlar".

Amid
AzNews.az