İstilər davam edəcək

Bakı və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacaq.


Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 23-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir.


Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq. Avqustun 24-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.


Sevinc

AzNews.az