BP: “Xəzərdəki platformalarda heç bir yanğın yoxdur“

BP şirkətinin Xəzərdəki hasilat platformasında heç bir yanğın hadisəsi yoxdur.

Trend Azəri-Çıraq-Günəşli layihəsinin operatoru olan BP şirkətinin mətbuat xidmətinə istinadən bu barədə məlumat verir.
Platformaların hamısı normal rejimdə işləyir, planlı neft və qaz hasilatı davam edilir.
Bundan öncə bəzi KİV-lər tərəfindən BP şirkətinin platformalarından birində yanğın barədə məlumat yayılıb.


AzNews.az