AMEA-nın Fizika Institunun əməkdaşı Rusiyada ezamiyyətdə

AzNews.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Nazik və Epiktaksial Təbəqələr laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Hidayət Nuriyev Rusiyada ezamiyyətdə olub.

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd Moskva şəhərində yerləşən Rusiya Federasiyası Kristalloqrafiya İnstitutu çərçivəsində aparılan müştərək elmi tədqiqatların nəticələri və gələcək planların müzakirəsi olub.

On günlük ezamiyyət müddətində H.Nuriyev Rusiya Federasiyasının əməkdar elm xadimi Rafiq İmanov və Kristalloqrafiya İnstitutunun digər aparıcı alimləri ilə görüşüb və yeni texnologiyalarla tanış olub.

Aparılan müzakirələr nəticəsində yarimkeçiricilərin nazik epitaksial təbəqələrinin cihazqayırmada mühüm əhəmiyyəti nəzərə alınaraq onların alınma texnologiyalarının yenidən işlənməsi, müxtəlif təyinatlı elementlərin və nanostrukturların yaradılması istiqamətində tədqiqat işlərinin davam etdirilməsi qərara alınıb.


AzNews.az