“Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm” “Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm”

Röya Ayxan xərçəng xəstəsinə yardımdan imtina etdi

“Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm”



Bu sözləri tanınmış müğənni Röya Ayxan həkimlərin səhvi ucbatından xərçəng xəstəliyinin 4-cü mərhələsi ilə mübarizə aparan Nərmin Hüseynlini xilas etmək üçün xeyriyyə kampaniyalarına qoşulub-qoşulmayacağı ilə bağlı suala cavab verərkən bildirib.

"Park Bulvar" Ticarət Mərkəzində keçirilən aksiyanın aparıcıları müğənni Röya Ayxana yardım etməsi üçün müraciət edib.

Müğənninin cavabı qısa olub: "Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm".

Xatırladaq ki, Nərmin Hüseynli keçən il may ayının 1-də həkimlər tərəfindən yanlış diaqnoz qoyularaq "zob" adıyla əməliyyat olunub. Sonradan xanımın limfa düyünlərində problem olduğu aşkarlanıb və iyunun 24-də Milli Onkologiya Mərkəzində kimyaterapiya kurslarına başlanıb. 7 kurs müalicə keçsə də, xəstənin vəziyyəti ağır olaraq qalır. Onun müalicəsi Almaniya, Türkiyə və İsraildə mümkündür. Əməliyyatı üçün 150 min manat pul lazımdır.


AzNews.az