- Köhnə - Cəmiyyət
- 26 Fevral 2014 15:32
- 4 070
Milli Şura üzvləri ilə polislər arasındakı qarşıdurmaya DİN-dən REAKSİYA

AzNews.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, bu gün ziyarət zamanı heç bi xoşagəlməz hadisə baş verməyib:
"Heç bir qarşıdurmdan və artıq davranışdan söhbət gedə bilməz. Vətəndaşlarımız dərin ehtiram hissi ilə abidəni ziyarət edir və bu zaman kimlərəsə zor göstərmək, abidəni ziyarət etməsinin qarşısını almaq barədə məlumat absurd və əsassızdır. Hazırda da polis abidəyə ziyarətə gələn insanların gediş-gəlişini təmin edir və onların təhlükəsizliyinə nəzarət edir. Ola bilər ki, abidəni ziyarət etmək istəyənlərlə hansısa anlaşılmazlıq olsun. Amma bunu ciddiləşdirməyə heç bir əsas yoxdur".
Amid Əyyuboğlu
AzNews.az