- Köhnə - Cəmiyyət
- 27 Fevral 2014 11:31
- 3 043
Yanukoviçin Azərbaycanda olması ilə bağlı açıqlama
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Diplomat qeyd edib: "Məndə belə məlumat yoxdur".
İki ölkənin gələcək münasibətləri haqqında danışan səfir bildirib ki, Azərbaycanla münasibətlər daim rəvan və tam səmimi olub, iki ölkənin maraqlarına əsaslanıb.
A.Mişenko deyib: "Ukraynada heç bir partiya və siyasi qüvvə Azərbaycanla münasibətlərin əleyhinə olmayıb və bu münasibətlər hakimiyyətin siyasi baxışlarından asılı olmayaraq, Ukrayna üçün həmişə prioritet olub. Ukraynada çoxsaylı diaspor yaşayır və biz həmin münasibətlərin davam etməsi üçün əlimizdən gələni edəcəyik. Bizim dəqiq hədəflərimiz var və onların üzərində işləməyi davam etdiririk".
Səfir Ukrayna barəsində düşünülmüş mövqe nümayiş etdirdiyi üçün rəsmi Bakıya təşəkkür edib: "Bakı daim bunun Ukraynanın öz işi olduğunu bəyan edib".
Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması işi aparılır və növbədəkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.
AzNews.az