Şeyx Birləşmiş Ərəb Əmirliklərinə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 9 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşür.

QMİ mətbuat xidmətindən daxil olan xəbərə görə, səfərdən məqsəd Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə ibn Zeyd Əl Nəxayyan həzrətlərinin himayəsi ilə Abu-Dabi şəhərində keçiriləcək "İslam cəmiyyətində sülhün təminatı" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri şeyx Abdullah bin Zayed Al Nihəyyanın dəvəti ilə tədbirə qatlılan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə geniş məruzə ilə çıxış edəcək.

Səfər müddətində Şeyxülislam həzrətlərinin BƏƏ-nin Xarici İşlər Naziri şeyx Abdullah bin Zayed Al Nihəyyan, BƏƏ Prezidentinin Dini İşlər üzrə Müşaviri Əli əl-Haşimi, Abu-Dabi Əmirliyinin Vəqflər İdarəsinin rəisi və ölkənin Vəliəhdi ilə də görüşləri nəzərdə tutulub.

AzNews.az