- Köhnə - Cəmiyyət
- 12 Mart 2014 12:21
- 2 769
DSMF sədri Saatlıda qəbul keçirdi
Fonddan verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Saatlı rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunub.
"Açıqqapı" şəraitində keçirilən qəbulda Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər. Görüşdə 30-dək vətəndaşın müraciətlərinə baxılıb.
E.Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, əlillik dərəcəsinin müəyyən edilməsi, həmçinin əmək pensiyas ınövünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilib.
AzNews.az