"Tramp danışıqları təhlükə altında qoyub" - İran

“ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamaları Bürgenştok danışıqlarını ciddi şəkildə təhlükə altına qoyub, amma Vaşinqton diplomatik həll yoluna sadiq qalarsa, Tehran dialoqu davam etdirməyə hazırdır”.

AzNews.az xəbər verir ki, bunu İranın BMT-dəki nümayəndəsi Əli Bəhreyni deyib.

Diplomat danışıqların gedişatını şərh edərkən bildirib:

“ABŞ Prezidentinin açıqlamaları Bürgenştok danışıqları üçün müəyyən problemlər yaradıb. Danışıqları çox ciddi riskə atıblar. Əlbəttə, ABŞ İranla danışıqlar aparmaq və yaranan problemləri həll etmək istəyini nümayiş etdirdiyi müddətcə İran danışıqları davam etdirəcək və dialoq aparacaq. Amma düşünürəm ki, indi hər kəs üçün aydın olmalıdır: İrana qarşı hərbi tədbirlərlə heç nəyə nail olmaq mümkün deyil. Hərbi tədbirlər mümkün tədbirlər siyahısından birdəfəlik çıxarılmalıdır”.