- Köhnə - Cəmiyyət
- 7 Aprel 2014 15:19
- 48 277
Ayan Füzuli Musayevin boşanma sənədini yaydı- FOTO

"Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcədə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Mən övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu onun həyat tərzidir. O insan Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakteri ortaya qoydu. Bu açıqlamanı o zərurətdən edirəm ki, mən övladımı evli kişidən dünyaya gətirməmişəm. Amma çox gülməlidir ki, o səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracam. Ən əsası isə dövlətimin qanunlarına arxalanıram".


AzNews.az