Parlamentdə “Nida“çılarla bağlı fikir ayrılığı

Millət vəkili Siyavuş Novruzov Azərbaycan parlamentinin bu gün keçirilən iclasında həbsdə olan "Nida" hərəkatı üzvlərinə amnistiya təklifinə etiraz edib.

Trend-in məlumatına görə, S.Novruzov qeyd edib ki, həbsdə olan gəncləri öyrədib o cinayətə təhrik edənlərdən danışmaq lazımdır, onlardan yox: "O uşaqları öyrədib əlinə "Molotov kokteyli", dəmir parçası verir, öz övladlarını qoruyub başqalarının övladının başını yeyib məhz polisin üzərinə və iğtişaş törətməyə göndərirlər".

S.Novruzov bildirib ki, "Nida"çı gənclərin məhkəmə prosesində faktiki olaraq siyasi məhbusdan, sifarişli məhkəmədən söhbət gedə bilməz.
Qeyd edək ki, deputat İqbal Ağazadə "Nida"çıların həbsini əsaslandırılmamış adlandırıb və qarşıdan gələn Respublika günü ilə bağlı onlara amnistiyanın verilməsini təklif edib.

AzNews.az