“Xoşqədəm qışqırırdı: Vay, vurulduq” - ATV-dən açıqlama

Bu gün Suriyada vurulduğu deyilən ATV-nin "Səni Axtarıram" verilişin aparacısı Xoşqədəm Hidayətqızıdan hələ də xəbər yoxdur. "Xəbərlər" departamentinin rəhbəri Vaqif Aydınoğlunun AzNews.az-a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:

"Məlumat düzdür. Araşdırma qrupunun üzvləriylə telefon əlaqəsi zamanı atəş səsləri eşidilib. Xoşqədəmgil qışqırıblar ki,vay vurulduq, vurulduq. Və bununla da telefon əlaqəsi kəsilib. Hələ də onlarla heç bir əlaqə saxlaya bilmirik. Onların heç birinin telefonuna zəng çatmır"


Amid
AzNews.az