Cəbhə bölgələrinin deputatları sakinlərin vəziyyətindən danışdılar

Şəmkir (kənd) seçki dairəsini təmsil edən deputat Məlahət İbrahimqızı deyir ki, o, mütəmadi olaraq insanların yanındadır. Deputat sözlərinə görə, avqustun 1-dən 4-nə qədər cəbhə bölgəsində olub.

"Bölgə dağ zonası olduğu üçün məlum məsələdir ki, çox problemlər olur. Amma bu bölgəni daimi diqqətdə saxlayırıq. Cəbhədəki gərginliklə bağlı bölgəni gəzdik. Şəhid ailələrinə baş çəkdik. Avqustun 17-si yenidən Şəmkirə gedəcəyəm".

Tərtər rayonun deputatı Sahib Aliyev bildirib ki, cəbhə bölgəsində yaşayan əhali hazırda əsasən susuzluqdan əziyyət çəkir. "Həmişə cəbhə bölgəsində yaşayan insanlarla maraqlanıram. Mütəmadi əlaqə saxlayıram. Yeni gəlmişəm ordan, lakin yenə də rayona qayıdacağam. Tərtər əhalisi qürurludur. Maddi baxımdan kömək lazım olsa da, heç bizə də ağız açmırlar".

Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsini təmsil edən deputat Elman Məmmədovun sözlərinə görə, o, bütün yayı, əsasən də cəbhədə gərginlik yaranan sonra cəbhə bölgədə olub, əhalinin ehtiyacları ilə maraqlanıb. "Cəbhə bölgələrini gəzdik. Şəhidlərimizin yas mərasimində olduq. Hazırda da Ağkənddəyəm".

AzNews.az