Çörəyin içindən telefon çıxdı-FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları cəzaçəkmə müəssisəsinə çörəyin içərisində telefon keçirilməsi faktının qarşını alıblar.

AzNews.az Nazirliyin saytına istinadən xəbər verir ki, həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, məhkum Sənan İman oğlu Cabbarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu, Tərtər rayon sakini Orxan Elxan oğlu Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilmiş 1 ədəd "Samsung" markalı və 1 ədəd "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az