Müsavatın qurultayı bitsə də, başqan olmaq uğrunda söz-söhbət davam edir. Arzuları puç olan digər namizədlər, yeni iddialar ortaya atırlar. Onlarin fikrincə, seçki zamanı şəffaflıq pozulub. Müsavatın qurultayı bitsə də, başqan olmaq uğrunda söz-söhbət davam edir. Arzuları puç olan digər namizədlər, yeni iddialar ortaya atırlar. Onlarin fikrincə, seçki zamanı şəffaflıq pozulub.

Müsavat parçalanır?- VİDEO

Müsavatın qurultayı bitsə də, başqan olmaq uğrunda söz-söhbət davam edir. Arzuları puç olan digər namizədlər, yeni iddialar ortaya atırlar. Onlarin fikrincə, seçki zamanı şəffaflıq pozulub.



Müsavatın qurultayı bitdi, amma partiyada söz-söhbətlər hələ indi başlayır.

ANS TV-nin məlumatına görə, Arif Hacılının başqan seçilməsindən narazı qalanlar artıq istefa anonslarını səsləndirirlər. Məslən, qurultayda başqanlığa namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürən Səxavət Əlisoy qurultayın şəffaf keçirilmədiyini bildirib və deyib ki, Arif Hacılının çetesi, yəni bandası, bütün rayon təşkilatlarını, konfranslarını monopoliyada saxlayıb və qurultay nümayəndələrini də öz adamlarından seçib. Özünü islahatçılar qrupuna aid edən Səxavət Əlisoy partiyadan çıxmaq ehtimalını da istisna etməyib. Və deyib ki, o, tək deyil, onunla birlikdə islahatçıların əksəriyyəti də belə düşünür. Hansı ki, onların başında Vurğun Əyyub, Qubad İbadoğlunun adları birinci gəlir. Başqan seçkisindən məğlub ayrılan Qubad İbadoğlu isə narazılığını partiyadan kənarda davam etdirmək haqda düşünmür. Baxmayaraq ki, o, da seçkidə ədalət prinsipinin pozulduğu qənaətindədir.

"Əgər seçkilərin nəticələri böyük fərqlə ifadə olunsaydı, mən hesab edərdim ki, bu məsələlər nəticələrə təsir göstərmək qədər əhəmiyyətli deyil. Amma göründüyü kimi, seçkilərin nəticəsi ciddi bir faktları ortaya qoymadı", - deyə Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu qeyd edib.

Müsavatın yeni başqanı Arif Hacılı isə danışılanları qurultay nümayəndələrinin iradəsini qəbul etməyənlərin işi sayır. O, bildirir ki, Müsavatda Arif Hacılının komandası yox, Müsavat komandası var və partiyadan istefalarla bağlı səslənən anonslar da əsaslı görünmür.

"Musavat Partiyasında qopmaların və ya parçalanmaların olacağı barədə proqnozlar həmişə verilib. Bu proqnozlar adətən özünü doğrültmuyub. Ayrı-ayrı bir neçə nəfərin Musavat Partiyasının sıralarını tərk etməsinin istisna etmirəm. Ancaq biz əlimizdən gələni edəcəyik ki, heç kəs partiya sıralarını tərk etməsin", - deyə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Müxbirimiz yeni başqanın köhnə başqanın kabinetində oturmadığını da müşahidə edib. İsa Qəmbərin kürsüsünə sahiblənən Arif Hacılı başqanın kabinetinədə sahiblənəcəkmi? O, bu haqda sualı konkret cavablandırmayıb. İsa bəyin kabineti, Arif bəyin kabineti formal məkanlardır. Müsavatda olan otaqlar Müsavata məxsusdur deməklə Arif Hacılı əslində sualdan yayınıb.

Xatırladaq ki, Arif Hacılı Müsavatın başına keçsə də, onun nə vaxtsa ölkənin başına keçmək iddiası hələ ki, yoxdur. Çünki qurultay 2018-ci il prezident seçkilərində yenə də İsa Qəmbərin namizidliyini dəstəklənməsi haqda qərar qəbul edib.



AzNews.az