Azərbaycan Tibb Universiteti əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir. Azərbaycan Tibb Universiteti əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir.

Həkim və müəllimlərin maaşı artırıldı

Azərbaycan Tibb Universiteti əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir.



AzNews.az xəbər verir ki, ATU rektoru, akademik Əhliman Əmiraslanov əməkdaşların əmək haqqının artımı haqqında qərar verib. Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb. Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur.

Qeyd edək ki, ATU əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar artıq ənənə halını alıb. Belə ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilib. Ümumiyyətlə, ATU-da bu tendensiya demək olar ki, mütəmadi xarakter alıb. Və 2014-cü ildə də bu baxımdan istisna olmayıb. ATU rəhbərliyi tərəfindən daim universitet əməkdaşlarının sosial rifahının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır.

AzNews.az