İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunub. İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunub.

Qaradağ rayonunda Qurban bayramı qeyd olundu

İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunub.



AzNews.az xəbər verir ki, bayram münasibəti ilə Qaradağ rayonu , Lökbatan qəsəbəsi, Meyvəli adlanan ərazisində və Sahil qəsəbəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən qurbanlıq qoyunların satış yarmakası təşkil edilib.

Bundan əlavə rayonun 11 qəsəbəsində qurbanlar kəsilib, 12000-ə yaxın nəfər aztəminatlı ailəyə qurban payı və ərzaq yardımı verilib. Bundan başqa Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən də 2500 nəfərə yaxın ailəyədə qurban payları paylanıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə sağlamlıq imkanları məhdud şəxslərin, əlil, veteran və digər bu qəbildən olan ailələrin evlərinə baş çəkilib, onlara bayram sovqatı verilərək problemləri ilə maraqlanılıb.

Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildiriblər.
image description image description image description image description image description