Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın doğum günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın doğum günüdür.

Bu gün Sevil Əliyevanın doğum günüdür - FOTOLAR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın doğum günüdür.


AzNews.az xəbər verir ki, 12 oktyabr 1955-ci ildə Bakıda anadan olan Sevil Əliyeva 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

Sevil Əliyeva 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. Bir çox musiqi əsərlərinin müəllifi olmaqla yanaşı 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Ze qaleri of Sevil" musiqi albomu təqdim olunub.

image description image description image description image description image description image description image description image description image description image description image description