Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

İlham Əliyev Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.



AzNews.az xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıb.

Qeyd edək ki, 4300 kvadratmetr ərazisi olan Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey yaradılıb. Bu muzeyin ekspozisiya zalının zənginliyi bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Ulu öndər Heydər Əliyev özünün qeyri-adi intellektini yalnız xalqa, dövlətə və Vətənə xidmətə həsr edib. Ona görə də haqlı olaraq müstəqil Azərbaycan dövlətini Heydər Əliyevin şah əsəri adlandırırlar.

Bildirilib ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlər təşkil olunacaq. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada müzakirə və diskussiya zalları qurulub. Böyük akt zalı 134 yerlikdir və burada bir çox tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Həmçinin Mərkəzdə elektron kitabxana və linqafon otağı yaradılıb. Burada internet-kafe, rəssamlıq və atıcılıq otaqları, fotostudiya, xalçaçılıq və tikiş bölməsi qurulub. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün Mərkəzdə hər cür şərait var.