- Köhnə - Cəmiyyət
- 25 Sentyabr 2012 08:15
- 3 259
Alimentə görə qohumların əmlakı müsadirə edilə bilər
Təmiz dünya" İctimai Birliyindən AzNews.az-a verilən məlumata görə, bu ilin ötən dövrü ərzində qeydə alınan 550 müraciətdən 70-dən çoxu məhz aliment ödənilməsi barədə məhkəmə qərarının icra edilməməsi ilə bağlı olub.
Birliyin rəhbəri Mehriban Zeynalova alimentinin ödənilməməsi probleminin geniş yayıldığını bildırərək problemi aradan qaldırmaq üçün QHT-lər tərəfindən təkliflərin hazırlandığını vurğulayıb.
Bu təkliflər arasında "Aliment fondu"nun yaradılması da var:"Amma biz belə hesab edirik ki, dövlət vəsaiti hesabına aliment fondu yaradılması və alimentlərin bu fonddan ödənilərək daha sonra cavabdeh şəxsdən tutulması proseduru olduqca mürəkkəbdir.
Buna görə də biz aliment ödəməli olan şəxsin yaxın qohumunun əmlakının müsadirə edilməsi yolu ilə problemin aradan qaldırılmasını təklif edirik. "Məişət zorakılığı haqqında" qanun buna imkan verir ki, birincı dərəcədən qohumluq əlaqəsi olan şəxslərin əmlakı hesabına aliment ödənilsin.
Əgər belə olarsa zorakılğıa məruz qalan, evdən çıxarılaraq küçəyə atılan qadınların və övladlarının gələcək həyatlarını təmin etmək mükün olar. Çünki əksər hallarda ailə övladının adına heç bir əmlak yazdırmayaraq onu boşanacağı təqdirdə aliment ödəməkdən qurtarmaq istəyir. Buna görə də ailənin əmlakınını müsadirə məsələsi gündəmə gəlsə valideynlər bundan çəkinərlər".
E.Əlosmanqızı
AzNews.az