Evsiz ailələr üçün xoş xəbər- VİDEO

Mənzil probleminin həlli üçü sosial evlərin tikilməsi təklif olunur.

ANS TV-nin məlumatına görə, bu gün ailə quran gənclərin ən ciddi problemi evin olmamasıdır. Hətta buna görə bəzən illərlə nişanlı qalan, hətta ayrılan cütlüklər də az olmur. Bu kimi halların baş verməməsi üçün Milli Məclisin Sosial Siyasət komitəsinin üzvü Musa Quliyev dünyada qəbul edilmiş "sosial evlər"in tikilib vətəndaşlara verilməsini təklif edir.

Onunu sözlərinə görə, dövlət təşkilatlarına, komitələrə və yaxud şəxsi iş adamlarına dövlət tərəfindən güzəştlər verilə bilər ki, onlar da öz işçiləri üçün "sosial mənzillər" tikə bilsinlər.

Millət vəkilinin fikrincə bu zaman mənzillərin qiyməti aşağı düşər və sahibkar uzun illərə işçisinə verə bilər. Hər vətəndaş ev sahibi olar həm də sahibkar pul qazanar. Düzdür hələki bu təklif Milli Məclisdə səsləndiriməyib. Amma bunun həyata keçirilməsi gənc ailələrin mənzil probleminini həllinə yönəlmiş uğurlu addım olar.

Ekspert Ramin Osmanlının fikrincə problemin həllində mənzil fondunun yaradılması da mühüm rol oynaya bilər. Onunu sözlərinə görə, 2009 - cu ildən qüvvəyə minmiş mənzil məcəlləsində "sosial mənzil" anlayışı mövcuddur. Amma qanunun qəbulundan 5 il keçməsinə baxmayaraq "sosial mənzil" fondu anlayışı sosial kirayə formasında nəzərdə tutulub. Ekspert qanunun məhz bu hissəsində əlavə və dəyişiklik etməklə mənzil fondunun yaradılmasına ehtiyac olduğunuda dedi.

Ramil Osmanlı bildirdi ki, evsiz gənclər üçün evlərin tikilib kirayə və uzun müddətli sosial kreditlərə verilməsi üçün büdcədən 200-150 min ayrıla bilər.

Ramil Osmanlının həmçinin onuda qeyd etdi ki, "sosial mənzil" fondunun yaradılması ilə hansısa təbəqələşməyə və ya sturukturlaşmaya ehtiyac olmayacaq. Yaxın 2-3 ildə ölkədə bu fondu bərpa edib, mənzilləri tikib gənc, aztəminatlı və ehtiyacı olan ailələrin mənzil problemi həll oluna bilər. Təbii ki bunlar təklifdir.

Ümid edək ki, təkliflər reallaşar və vətəndaşlar ən əsas problemdən xilas olarlar.