Səhiyyə Nazirliyində kadr dəyişikliyi

Azərbaycanın psixiatriya üzrə ən böyük tibb müəssisəsi olan Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə yeni direktor təyin edilib. Nazirlikdəki mənbələrdən bazar ertəsi Trend-ə verilən məlumata görə, mərkəzin yeni direktoru Azərbaycan Tibb Universitetinin professoru Fuad İsmayılovdur. Mərkəzin bundan əvvəlki direktoru Zəfər Əliyev isə öz ərizəsi ilə işdən azad edilib. O, hazırda fəaliyyətini Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında davam etdirir.

Qeyd edək ki, Psixi Sağlamlıq Mərkəzi bu il Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan və ləğv edilmiş Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin bazasında yaradılıb.

AzNews.az