Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əyyublu kəndində 20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorakılığa məruz qalması olayına münasibət bildirib. Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əyyublu kəndində 20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorakılığa məruz qalması olayına münasibət bildirib.

“Bu hadisə çox üzücüdür” - Qənirə Paşayeva təcavüz edilən qızdan danışdı

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əyyublu kəndində 20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorakılığa məruz qalması olayına münasibət bildirib.


Q.Paşayeva AzNews.az-a bildirib ki, baş verən hadisə ilə bağlı adı hallanan şəxslər ona müraciət edib: "O hadisə baş verən zaman ailə qəbuluma da gəlmişdi. Mən onları qəbul edib dinlədim. Bütün fikirlərini söylədilər. Onlar xahiş etdilər ki, mən bir millət vəkili kimi məsələnin obyektiv, ədalətli araşdırılması üçün dəstək göstərim. Onlar istəyirdilər ki, mən bu məsələni nəzarətə götürüm və hüqüq-mühafizə orqanlarına da bu məsələyə ədalətli baxılması üçün müraciət edəm. Mən də öz tərəfimdən hüqüq-mühafizə orqanlarına müraciət etdim. Çünki bu hadisə çox üzücüdür. Hadisəyə Tovuzu təmsil edən millət vəkili kimi deyil, bir qadın kimi ən çox üzülənlərdən biri də mən idim. İstəməzdim ki, belə bir xəbər eşidəm. Ona görə bu məsələ hüqüq-mühafizə orqanlarının diqqətindədir".

Q.Paşayeva bildirib ki, bu hadisədə kimin əli varsa, onlar öz cəzalarını alacaq və ədalət qarşısında cavab verəcək: "Mənə müraciət etdilər ki, qız intihara cəhd edib. Mən həmin anda xəstəxana ilə danışdım, lazımı dəstəyi göstərsinlər, deyə xahiş etdim. Sonra xəstəxanada olduğu zaman qızın özü ilə də danışdım. Dedim ki, bu məsələ doğru deyil. Bir də belə hadisələr yaşanmasın. Bu kimi xəbərin təkrar yaşanmaması hamımızın istəyi və düşüncəsidir. Kimin günahı varsa o, ədalət qarşısında cavab verəcək, günahı olmayan isə cavab verməyəcək. Ona görə də kimin günahkar olub-olmaması hüqüq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq".

Q.Paşayeva əlavə edib ki, baş verən olay həm kəndin, həm də rayonun özündə ciddi şəkildə əks-səda doğuran bir hadisədir.

Qeyd edək ki, Tovuz rayonun Əyyublu kənd sakini, 20 yaşlı qız 4 həmkəndlisi - Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimov tərəfindən cinsi zorakılığa məruz qalıb. Hadisənin şokunda ola qız ayılan kimi intihar etmək istəyib. Bir müddət xəstəxanada yatan qız müalicə olunaraq evə buraxılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb və gənclərin 4-ü də həbs edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az