- Köhnə - Cəmiyyət
- 8 Aprel 2015 13:42
- 2 994
Azərbaycanda sabah 23 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 6-10, gündüz 14-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.