- Köhnə - Cəmiyyət
- 13 May 2015 11:29
- 4 054
Bakıdakı böyük tıxacla bağlı açıqlama – Rəsmi
Xəbər verildiyi kimi, bu gün səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda 5 km-lik böyük tıxac yaranıb. Tıxaca səbəb kimi Xırdalan dairəsinin təmirlə əlaqədar bağlanması göstərilir.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzNews.az-a həmin tıxacın səbəblərini açıqlayıb. Onun sözlərinə görə, adı çəkilən dairədə tunelin üstündəki qovşaqda asfalt-beton örtüyü bərbad vəziyyətdə olduğundan yenidənqurma işləri aparılır: "Bu baxımdan həmin ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Tunelin içində isə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmayıb. Təmir I Avropa Oyunlarına görə həyata keçirilir".
Sözçü təmir işlərinin nə vaxt yekunlaşacağıyla bağlı konkret söz deməyib.
AzNews.az