“Məcburi köçkünlərin avtomobillərinin qeydiyyatından asılı olmayaraq Bakı şəhərinə girişi sərbəstdir”. “Məcburi köçkünlərin avtomobillərinin qeydiyyatından asılı olmayaraq Bakı şəhərinə girişi sərbəstdir”.

Məcburi köçkün maşınlarının şəhərə girişinə - Güzəşt

“Məcburi köçkünlərin avtomobillərinin qeydiyyatından asılı olmayaraq Bakı şəhərinə girişi sərbəstdir”.


AzNews.az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, Avropa Oyunları ilə bağlı avtomobillərin paytaxta girişinə qoyulan qadağanın məcburi köçkünlərə aidiyyatı yoxdur: "Məcburi köçkünlərin avtomobillərinin rayon və yaxud Bakı qeydiyyatında olmasından asılı olmayaraq şəhərə girişinə qadağa qoyulmayıb. Həmçinin ağır xəstəlik, təxirəsalınmaz bir vəziyyət olarsa, istisna kimi şəhərə giriş üçün icazə verilə bilər".

Xatırladaq ki, I Avropa Oyunları ilə əlaqədar olaraq şəhərdə nəqliyyatla bağlı problemlərin olmaması məsədilə qəbul edilən qərara görə, iyunun 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi qadağandır.