Avqust ayında mediada ən çox tənqid olunan universitet...

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.


Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

AzNews.az şirkətin universitetərlə bağlı avqust ayı üzrə məlumatlarını təqdim edir.

2015-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 6585 xəbər yerləşdirilib. 6585 xəbərdən 6438-ü neytral, 142-i mənfi, 5-i isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında üç universitet xüsusilə "seçilib": Azərbaycan Texnologiya Universiteti (45 xəbər), Azərbaycan Dövlət İqtisad Universiteti (32 xəbər) və Gəncə Dövlət Universiteti (21 xəbər). Müsbət xəbərlərin hamısı isə Azərbaycan Dövlət Aqrar Universitetinə məxsusdur.


Xəbər sayına görə sıralama:

1. Bakı Dövlət Universiteti - 967 xəbər
2. Azərbaycan Tibb Universiteti - 634 xəbər
3. Azərbaycan Dövlət İqtisad Universiteti - 499 xəbər
4. ADA Universiteti - 344 xəbər
5. Azərbaycan Texnologiya Universiteti - 338 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 750 xəbər dərc edilib. 750 xəbərdən 715 xəbər neytral, 23 xəbər mənfi, 12 xəbər isə müsbətdir.

Qəzetlərdə Azərbaycan Texnologiya Universitetindəki olay mənfi xəbərlərin əsas hissəsidir – 17 xəbər. Müsbət 12 xəbərdən 11-i isə Azərbaycan Dövlət İqtisad Universitetinə məxsusdur.


Xəbər sayına görə sıralama:

1. Bakı Dövlət Universiteti - 177 xəbər
2. Azərbaycan Tibb Universiteti - 80 xəbər
3. Aərbaycan Dövlət İqtisad Universiteti - 53 xəbər
4. Bakı Slavyan Universiteti - 46 xəbər
5. ADA Universiteti - 39 xəbər

Avqust ayında televiziya kanallarında universitetlər haqqında 52 xəbər göstərilib:

1. Azərbaycan Tibb Universiteti - 10 xəbər
2. Bakı Dövlət Universiteti - 9 xəbər
3. ADA Universiteti - 5 xəbər
4. Azərbaycan Dövlət İqtisad Universiteti - 4 xəbər
5. Xəzər Universiteti - 3 xəbər