70 min nəfər HİV-ə yoluxduğundan xəbərsizdir

İranda cinsi yollarla QİÇS-ə yoluxma halları 20 faiz artıb. İranın Səhiyyə Nazirliyinin məlumatına görə, HİV virusuna yoluxanların və aşkarlanmayan şəxslərin sayının 70 min nəfərə yaxın olduğu güman edilir. Nazirliyin məlumatına görə, bu insanlar xəstə olduqlarından xəbərdar deyillər.

"Mehr" xəbər agentliyinin məlumatına görə, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə İdarəsinin rəhbəri Abbas Sədaqət narkotik vasitələrdən istifadə yolu ilə də HİV virusuna yoluxma hallarının da artdığına diqqəti çəkib.

Ümumiyyətlə isə İranda 93 min QİÇS-li xəstə var ki, onlardan da yalnız 24 mini müalicə edilir.

Alpər Oğuz
AzNews.az