Uşaqların həyatında cizgi filmlərinin rolu böyükdür. Uşaqların həyatında cizgi filmlərinin rolu böyükdür.

Uşaqlarda yaranan aqressivliyin sirri - VİDEO

Uşaqların həyatında cizgi filmlərinin rolu böyükdür.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, düzgün seçilən cizgi filmlər uşaqların inkişafına müsbət təsir göstərir. Əksər ailələr peyk antenaları vasitəsilə müxtəlif telekanalları izləyirlər. Təbii ki, belə olan halda uşaqlar başqa ölkələrin cizgi filmlərini izləyirlər. Sizcə xarici cizgi filmləri uşaqların xüsusilə nitqinə nə kimi təsir göstərir?

Quruluşçu rəssam Elçin Hami Axundov bildirib ki, uşaqların nitqində böyük rol oynayan animasiya filmləri Azərbaycanda yoxdur. Animasiyaların çoxu türk dilində olur.

Cizgi filmlər uşaqların inkişafı ilə yanaşı uşaqların psixologiyasına da ciddi təsir göstərir.

Psixoloq Elmir Əkbər qeyd edir ki, uşaqlar dünyanı, ətraf aləmi dilləri ilə yox hiss və emosiyaların təsiri ilə öyrəndikləri üçün onların inkişafında cizgi filmləri mütləq yer alır. Psixoloq son dövrlərdə azyaşlılarda yaranan aqressivliyi, nevroz əlamətlərini, depressiyaları və fobiyaları məhz yaşa uyğun düzgün seçilməyən cizgi filmləri ilə əlaqələndirdi.

Hazırda ana dilli və maraqlı cizgi filmlərimiz yalnız 90-cı illərin əvvəllərində çəkilənlərdir. Bunlardan "Tıq-tıq xanım", "Xeyir və Şər", "Fitnə", "Qız qalası" və s. Digərləri isə xarici ölkələrə məxsusdur.

Çizgi filmləri böyük bir konsepsiyadır. Hər bir valideyn övladını hər hansı filmlə qarşı-qarşıya qoyanda ilk növbədə fikirləşməlidir ki, bunun uşağı əyləndirmək, vaxtını keçirtməklə yanaşı, tərbiyəvi və maarifləndirici əhəmiyyəti də olmalıdır.