Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsinə başlayır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsinə başlayır.

Ələtdən İrana kimi yeni yol çəkilir

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsinə başlayır.


Bu barədə AzNews.az-a sözü gedən qurumdan məlumat verilib.

Layihə çərçivəsində Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad ( km 80+600 – 110+700 ) hissəsinin yenidənqurulması nəzərdə tutulub.

İnşa ediləcək Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin uzunluğu 30,1 kilometrdir. 4 hərəkət (4x3,75 metr) zolağından ibarət olacaq avtomobil yolunda ayrıcı zolağın eni 4 metr təşkil edəcək. Layihəyə uyğun olaraq yeni salınacaq yolun çiyinlərinin eni 2x3,75 metr ( 2x0,75m asfalt örtük, 2x3,0m hissəsi iki qat bituma hopdurulmuş qırmadaş) olmaqla yolun ümumi eninin 26,5 metr olması nəzərdə tutulub. Avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin torpaq geyiminin qalınlığı 96 santimetr təşkil edəcək. Bura 50 sm seçilmiş torpaq layı, 15 sm əsasın qırmadaş layı, 18 sm asfaltın birinci layı, 8 sm asfaltın ikinci (əlaqələndirici) layı və 5 sm üst aşınma layı daxildir.

Qeyd edək ki, layihə üzrə yolda iki avtomobil körpüsünün tikintisi aparılacaq. Körpülərdən biri Ələt-Masallı avtomobil yolunun 99-cu kilometrliyində Muğanxolu çayı üzərində inşa ediləcək. 4 aşırımdan ibarət körpünün uzunluğu 130,6 metr olacaq.

İkinci körpü yolun 110,8-ci kilometrliyində Cəlilabad yol qovşağında tikilməsi nəzərdə tutulub. Bu körpü isə 4 aşırımlı olmaqla uzunluğu 79 metr olacaq.

AzNews.az