Daxili işlər orqanları tərəfindən ötən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb. Daxili işlər orqanları tərəfindən ötən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Bir günə 59 cinayət faktı qeydə alınıb

Daxili işlər orqanları tərəfindən ötən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.