Cəbhəyanı kəndlərdə yaşamaq və işləmək kimi təhsil almaq da təhlükəlidir. Cəbhəyanı kəndlərdə yaşamaq və işləmək kimi təhsil almaq da təhlükəlidir.

Cəbhəyanı kəndlərin ölüm saçan məktəb yolları - Video

Cəbhəyanı kəndlərdə yaşamaq və işləmək kimi təhsil almaq da təhlükəlidir.



Bu kəndlərdə təhsil alan şagirdlər hər gün ölüm saçan yollarla məktəbə gedib - gəlmək məcburiyyətindədir. Əksər kənd yollarının kənarına torpaq sədd çəkilib ki, bu təhlükəni nisbətən azalda bilir.

Tərtərin təmas xəttinə yaxın yerləşən Qapanlı kənd tam orta məktəbini qarşı tərəfin mövqelərindən təqribən 1 km məsafə ayırır. 2013-cü ildə istifadəyə verilən məktəb binası bir neçə dəfə qarşı tərəfin gülləbaranına məruz qalıb. Məktəb direktoru Fitat Əliyeva deyir ki, ekstrimal vəziyyətlərdə şagirdlər sığınacağa, daha sonra ehtiyyat çıxışa yönləndirilirlər.

95 şagirdin təhsil aldığı Füzuli rayonunun Qazaxlar kənd tam orta məktəbi də təmas xəttinin yaxınlığında yerləşir. Hər gün dərs keçilən sinif otaqlarının pəncərəsindən qarşı tərəfin mövqelərinin və şiddətli atışmaların getdiyi təmas xəttini görmək mümkündür. Müəllimlər deyir ki, son günlər demək olar ki, hər gün atəş səsləri eşidilir.

Məsafə baxımından erməni silahlı birləşmələrinin mövqelərinə ən yaxın yerləşən təhsil ocağı isə Ağdamın Ayaq Qərvənd kənd tam orta məktəbidir. Məktəbin müəllimi Camal İsmayılov deyir ki, əvvəllər vəziyyət daha təhlükəli idi. Bunu məktəbin qarşısındakı ağaclarda olan güllə izlərindən də başa düşmək mümkündür. Ötən ilin avqustunda isə şagirdləri qarşı tərəfin güllələrindən qorumaq üçün məktəbin qarşısına uzunluğu 120 metr olan istinad divarı çəkilib.

Təhlükələrə baxmayaraq kiçikdən böyüyə hamı hər gün dərsə gəlir. Onlar təkcə burada təhsil almır həm də müharibənin nə olduğunu öyrənir. Hər gün təmas xəttində baş verənləri seyr edən balaca gözlər həm də gələcəyə ümüdlə baxır.



ANS PRESS.az