“Belavia” aviaşirkəti 16 istiqamət üzrə biletlərin qiymətini azaldıb. “Belavia” aviaşirkəti 16 istiqamət üzrə biletlərin qiymətini azaldıb.

Minskdən Bakıya biletlər ucuzlaşdı

“Belavia” aviaşirkəti 16 istiqamət üzrə biletlərin qiymətini azaldıb.


AzNews.az Azərtac-a istinadla xəbər verir ki, bu məlumat Belarus aviaşirkətinin Facebook səhifəsində yerləşdirilib.

Stokholm, Helsinki, Budapeşt, Xarkov, Odessa və Kiyev şəhərlərinə biletin qiyməti 149 avro, Bakı, Nitsa, Paris, Astana, London, Almatı, Cenevrə, Aşqabad, Təl-Əviv, Barselona şəhərlərinə biletin qiyməti 249 avro müəyyən edilib. Buraya hər iki istiqamətdə uçuşun qiyməti və rüsumlar daxildir.

Xatırladaq ki, bu qiymətlər yanvarın 14-dən martın 31-dək səyahətlərə tətbiq ediləcək. Biletləri bu qiymətə yalnız yanvarın 14-dən 20-dək ala bilərsiniz.