NƏRIMANOV RAYONUNDA ORDU SIRALARINDAN TƏRXIS OLUNMUŞ VƏ HƏRBI XIDMƏTƏ YOLA SALINAN GƏNCLƏRLƏ GÖRÜŞ KEÇIRILIB NƏRIMANOV RAYONUNDA ORDU SIRALARINDAN TƏRXIS OLUNMUŞ VƏ HƏRBI XIDMƏTƏ YOLA SALINAN GƏNCLƏRLƏ GÖRÜŞ KEÇIRILIB

İcra başçısı hərbi xidmətə yollanan gənclərlə görüşdü – Fotolar

NƏRIMANOV RAYONUNDA ORDU SIRALARINDAN TƏRXIS OLUNMUŞ VƏ HƏRBI XIDMƏTƏ YOLA SALINAN GƏNCLƏRLƏ GÖRÜŞ KEÇIRILIB


Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik edib, hərbi xidmətə yeni çağırılmış gənclərə isə yollarının açıq, sağ-salamat gedib, sağ-salamat evlərinə, ailələrinə dönmələrini arzulayıb, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
A.Fərzəliyev əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini bildirib, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov və Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov dövlətimizin ordudan tərxis olunmuş və hərbi xidmətə çağırılmış gənclərə diqqət və qayğısından söhbət açıblar.
Diqqətə çatdırıblar ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Sonra valideynlər adından Mərdan Muradov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlk ifadə ediblər.

Görüşdə iştirak edən hərbi xidmətə çağırılmış gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildirdilər.
Daha sonra "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə, hərbi xidmətdə göstərdiyi bacarıq, nümunəvi intizam və davranışına, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə həyata keçirdiyinə və xidmət zamanı fərqləndiyinə görə ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərə hədiyyələr təqdim edilib.