Ukraynanın Çerkası şəhərində oğru cinayət yerini tərk etməyə çalışan zaman iki mərtəbə arasında ilişib-qalıb. Ukraynanın Çerkası şəhərində oğru cinayət yerini tərk etməyə çalışan zaman iki mərtəbə arasında ilişib-qalıb.

Oğru polisdən kömək istədi - VİDEO

Ukraynanın Çerkası şəhərində oğru cinayət yerini tərk etməyə çalışan zaman iki mərtəbə arasında ilişib-qalıb.

Evin sakinləri şübhəli səslər eşidərək, polis çağırıb.

Havalandırma sisteminin şaxtasında gizlənən oğru özünü saxlaya bilməyərək aşağı sürüşüb və səkkizinci-doqquzuncu mərtəbələr arasında çıxılmaz vəziyyətdə qalıb.

Hadisə yerinə gələn polis əməkdaşlarından yardım istəyib və onlar xilasedici çağırıblar. Bəxti gətirməyən oğrunu xilas etmək üçün doqquzuncu mərtəbənin divarı sökülüb.

Onu əvvəl xəstəxanaya çatdırıblar. Tibbi yardımın göstərildikdən sonra polis bölməsinə aparılıb.

Dağılmış divarı mənzilin sahibi öz hesabına təmir etdirməyə razılaşıb.(oxu.az)

© AzNews.az