Sevgililər yenidən görüşmək vədi ilə bir-birlərindən ayrılıblar Sevgililər yenidən görüşmək vədi ilə bir-birlərindən ayrılıblar

75 il sonra görüşdülər... - FOTOLAR

Sevgililər yenidən görüşmək vədi ilə bir-birlərindən ayrılıblar

İkinci Dünya müharibəsi zamanı Normandiyada mübarizə aparan amerikalı əsgər Robbins və sevdiyi fransız qadın Janna Pyerson 75 il sonra ilk dəfə bir araya gəliblər.

24 yaşında Fransanın şimalında hərbi xidmət keçən Robbins 18 yaşlı Jannaya aşiq olub. Ancaq daha sonra cəbhəsi dəyişən oğlan bir daha onu görə bilməyib. 75 il sonra Normanidyada desant çıxarma əməliyyatının ildönümündə yenidən Fransaya gələn Robbins Jannanın həyatda olmadığını düşünüb.

Jurnalistlərə sevgilisindən qalan yeganə fotonu göstərən Robbinsə sürpriz hazırlanıb. Belə ki, araşdırmaçı jurnalistlər fotodakı qadını taparaq cütlüyü 75 il sonra görüşdürə biliblər. Uzun ayrılıqdan sonra Jannanı görən Robbinsin ilk sözü “Həmişə səni sevdim. Ürəyimdən heç çıxmadın” olub. Janna isə ondan “Niyə indiyədək gəlmədin” deyə soruşub.

Sevgililər yenidən görüşmək vədi ilə bir-birlərindən ayrılıblar.(qafqazinfo.az)

AzNews.az

image description image description