“WhatsApp Veb”ə barmaq izi ilə giriş cəhdlərinə başlanıb “WhatsApp Veb”ə barmaq izi ilə giriş cəhdlərinə başlanıb

“WhatsApp”a yenilik gəlir

“WhatsApp Veb”ə barmaq izi ilə giriş cəhdlərinə başlanıb

Dünyada milyardlarla insanın istifadə etdiyi “WhatsApp” masa üstü versiyası üçün barmaq izi ilə giriş xüsusiyyətini sınaqdan keçirir. Bu xüsusda şirkət əlavə bir təhlükəsizlik tədbiri yaratmağı hədəfləyir.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “WhatsApp” mesajlaşma platformasının masa üstü versiyası olan “WhatsApp Web”də yeni bir xüsusiyyət gəlir. Belə ki, “WhatsApp Veb”ə barmaq izi ilə giriş cəhdlərinə başlanıb. Şirkət veb istifadəçiləri və “WhatsApp”ın masa üstü versiyalarında QR kodu ilə giriş imkanı verən platforma istifadəçilərinə yeni bir seçim təqdim etməyə hazırlaşır.

Yeni metod, başqasının telefonunuzdakı hesabınıza daxil olma ehtimalını da aradan qaldırır. Bununla da "WhatsApp" əlavə bir təhlükəsizlik tədbiri yaratmağı planlaşdırır.

Səidə Vahid

AzNews.az