Novosibirsk sakini Anna Dudinanın taksi gəzintisi sosial şəbəkələrdə trendə çevrilib Novosibirsk sakini Anna Dudinanın taksi gəzintisi sosial şəbəkələrdə trendə çevrilib

Sosial media sərxoş qadının taksidə etdiyi hərəkətdən danışır - VİDEO

Novosibirsk sakini Anna Dudinanın taksi gəzintisi sosial şəbəkələrdə trendə çevrilib

Kadrlarda onun sürücüyə təpik vurduğu, sürücüyə "debil, vaxtından əvvəl öləcəksən" deyə qışqırdığı görünür. Anadangəlmə eşitmə qüsuru olan sürücü onu sakitləşdirməyə çalışsa da, buna nail ola bilmir.

Şərhlərdə də qadın hədəfə alınıb. Bəlli olur ki, qadın sərxoş olub. Sürücünü bir neçə dəfə təpikləyən qadınla bağlı video sosial medianı partladıb və qəzəbli şərh dalğasına səbəb olub. İnsanlar "Əlil insanları alçaltmaq nə qədər şərəfsizlikdir" deyə yazırlar. "Bu cür insanlardan utanıram, ümid edirəm üzr istəyəcək qədər ağıllıdır!" - yazıblar. Qadın isə özünü günahkar bilməyib. "Üzr istəyirəm hər kəsdən. Ancaq sən özün bu vəziyyəti yaratmısan" deyə qadın yazıb.

Polis də artıq sosial şəbəkəni bir-birinə vuran video ilə maraqlanıb. (Milli.az)