İlon Maskın dost olduğu milyarderin həyat yoldaşı ilə eşq yaşadığı üzə çıxdı

Üç yaşlı övlad böyüdən cütlük prosesin təfərrüatlarını gizli saxlamağa çalışır

2021-ci ilin payızında “SpaceX”in qurucusu və “Tesla”nın baş direktoru İlon Maskın “Google” şirkətinin həmtəsisçisi Sergey Brinin həyat yoldaşı Nikol Şanahan ilə qısa münasibəti olub.

Məhz bu fakt Brini cari ilin əvvəlində boşanma ərizəsi yazmağa sövq edib və iki sahibkar arasında uzunmüddətli dostluğa son qoyub.

Brin və Mask çoxdan dost olublar. “Tesla”nın rəhbəri bildirib ki, o, uzun illər müntəzəm olaraq Silikon Vadisində Brinin evində gecələyib.

Brin ikinci arvadı Şanahanla üç il evli olub. Məhkəmə sənədlərinə görə, o, “barışmaz fikir ayrılıqlarını” əsas gətirərək boşanmaq üçün ərizə verib.

Üç yaşlı övlad böyüdən cütlük prosesin təfərrüatlarını gizli saxlamağa çalışır və buna görə də məhkəmədən sənədlərin möhürlənməsini istəyib.

Hüquqşünasların sözlərinə görə, çox güman ki, Brin və Şanahan nikahdan əvvəl müqavilə bağlayıblar. Belə ki, onların münasibətləri o milyarder olduqdan sonra başlayıb.(oxu.az)