Dünyanın 6 min dollarlıq ən bahalı dondurması

Yaponiyada istehsal olunan “White Night” adlı dondurma dünyanın ən bahalı dondurması kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, "Beyaz Gece" dondurmasının bir porsiyası 6380 dollar dəyərindədir.

Yapon qida brendinin istehsal etdiyi dondurma dünyanın ən bahalı dondurma rekordunu qırıb.

NTV-də yayımlanan xəbərə görə, Ginnesin Rekordlar Kitabına düşən dondurmanın bir porsiyası üçün 6 min 380 dollar (880 min yen) ödəmək lazımdır.

Əsl adı “Byakuya” (yapon dilində ağ gecə deməkdir) olan dondurmanı bu qədər xüsusi edən onun tərkibində istifadə olunan məhsullardır.

Yeməli qızıl yarpaqla süfrəyə verilən dondurma İtaliyanın Alba şəhərində istehsal olunan ağ truffledən hazırlanır. Təkcə bu trufflenin kilosu 14 min 500 dollardır.

Üzərindəki qızıl yarpaqla yanaşı, tərkibində İki növ pendir və "Sakekasu" var. "Cellato" adlı yapon markası istədikləri dadı əldə etmək üçün il yarım ərzində çoxlu sınaqlar edib.

Əl işi olan qaşıqla birlikdə satılan dondurmanın üzərinə truffle göbələyi töküb onu yumşaldaraq yemək məsləhət görülür.

Nuray