- Maraq dairəsi
- 15:50
- 1 485
1500 illik qızıl broş tapıldı
Xəzinə axtaran Mikkel Varming Danimarkada son german dəmir dövrünə aid təxminən 1500 illik nadir qızıl broş aşkar edib.
Bu barədə "Arkeonews" jurnalı məlumat yayıb.
Təxminən 4 sm-dən bir qədər böyük olan bu kiçik əşyanı danimarkalı metal detektoru vasitəsilə tapıb. Əvvəlcə cihazın siqnalı ona şübhəli görünüb: səs alüminium folqa və ya pivə qapaqları kimi müasir tullantılara bənzəyib. Lakin torpağı yoxlayarkən Varming sıx naxışlarla bəzədilmiş qızıl fibula — geyim üçün istifadə olunan bərkidici aşkar edib. Tapıntı ilkin olaraq eramızın VI əsrinin ortalarına aid edilir.
Bu tapıntı xüsusilə mürəkkəb işlənməsi ilə diqqət çəkir. Əşyanın səthi çoxsaylı dairəvi motivlər və xırda ornamentlərlə örtülüb. Mütəxəssislər qeyd edir ki, broş üzərində filiqran və qranulyasiya kimi ən çətin zərgərlik texnikalarının izləri qorunub. Bununla yanaşı, fibulanın sancağı dəmirdən hazırlanıb və əsrlər ərzində oksid kütləsinə çevrilərək bəzəyin arxa hissəsində qalıb.
Mövsüm,
AzNews.az