- İşin içi
- 17:13
- 1 671
Azərbaycanda bank müştəri hesablarının sayı 57 milyona yaxınlaşıb
Bu il aprelin 1-nə Azərbaycanda bank müştəri hesablarının sayı 56 milyon 742 min 626 təşkil edib.
Aznews.az xəbər verir ki, Hesabat tarixinə kimi, bank müştərilərinin sayı isə 16 milyon 433 min 185 nəfər olub.
Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 44 milyon 470 min 149 ədədi cari hesabların, 11 milyon 523 min 745 ədədi kredit hesablarının, 748 min 732 ədədi isə depozit hesablarının payına düşüb.