Paşinyan məşhur terrorçuya vətəndaşlıq verdi

Nikol Paşinyan Jirayr Səfilyana vətəndaşlıq verib.

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan məşhur erməni terrorçu Jirayr Səfilyana vətəndaşlıq verib.

Bu məlumatı Paşinyan öz “Feysbuk” səhifəsində paylaşıb.

“Dünən Jirayr Səfilyana Ermənistan vətəndaşlığının verilməsi ilə bağlı bütün sənədləri imzaladım. Qərar Ermənistan prezidentinin onu təsdiqləməsindən sonra qüvvəyə minəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Səfilyan əslən Livan ermənisidir. O, gəncliyini Beyrutda keçirib, Livandakı Daşnaksütyun Partiyasının fəal üzvlərindən biri olub. 1990-cı ildə Ermənistana hərbi təlimçi kimi gəlib və Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Səfilyan Şuşa, Ağdam, Kəlbəcərin işğalında yaxından iştirak edib.

Səfilyanın rəhbərliyi altında olan şəxslər 2016-cı ildə Ermənistanda polis idarəsini zəbt edərək, onun azadlığa buraxılmasını tələb ediblər.

Səfilyan hazırda “Sasna Tsrer” Partiyasının rəhbəridir.(virtualaz.org)

© AzNews.az